Sutka ərzində 850-dən çox suriyalı qaçqın xarici ölkələrin ərazisindən Suriyaya qayıdıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 853 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 352 nəfər (105 - qadın, 180 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 501 nəfər (qadın - 150, uşaq - 256) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.