Fransa prezidenti Emmanuel Makronla iraqlı həmkarı Bərham Saleh arasında telefon danışığı olub.

Bu barədə Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir.

Yelisey sarayının rəsmi məlumatında bildirilir ki, liderlər sonrakı eskalasiyadan qaçmaq üçün əlaqələri davam etdirməyi razılaşdırıblar.

"Respublikanın prezidenti bu səhər İraq prezidenti Bərham Salehlə danışıb. Artan gərginlik qarşısında (Makron-red) təhlükəsizliyə və İraqın müstəqilliyinə sadiqliyini təsdiq edib", - bəyanatda bildirilir.

Qeyd olunur ki, "iki prezident gərginliyin sonrakı artımından qaçmaq üçün və bütovlükdə İraqın, regionun sabitliyi naminə sıx əlaqə saxlamağı razılaşdırıb".