Türkiyədə dəhşətli hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən məlumat verir ki, otağında televizor izləyən 16 yaşlı yeniyetmə qəflətən qanlar içində yerə yıxılıb. İddiaya görə, naməlum şəxs və ya şəxslər ov tüfəngi ilə bir evə atəş açıblar.
Evin uşaq otağında əyləşən 16 yaşlı Halit.A ov tüfəngindən açılan atəş nəticəsində qolundan yaralanıb.
Səs-küyə gələn ailə övladlarını qan içində görüblər. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid