ABŞ-da qəribə oğurluq hadisəsi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Corciya ştatında oğru gecə girdiyi restoranda özünə yemək bişirdikdən sonra bir müddət yatıb və oyandıqdan sonra noutbuku və planşeti oğurlayıb.

Etdiyi oğurluqdan sonra qaçan şəxs polis tərəfindən axtarışdadır. Onun restoranda yerdə yatdığı görüntüsü sosial şəbəkədə marağa səbəb olub.