"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.
Unikal.org xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. O, "qırmızı-qaralar"la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacaq. Beqoviç "Aston Villa"ya transferi gözlənilən Pepe Reynanın əvəzinə alınıb.
Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.