İraqda amerikalı hərbçilərin olduğu “Bələd” bazası raket hücumuna məruz qalıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi bazanın ərazisinə 8 raket atılıb. Səlahəddin vilayətində yerləşən bazaya hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralıların iraqlı hərbçilər olduğu bildirilir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.