Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Unikal.org saytının məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib.
“Ərzurum”un qonağı olan “Beşiktaş” səfərdən məğlubiyyətlə ayrılıb. “Alanyaspor” “Kasımpaşa”ya qalib gəlib. “Rizəspor”un qonağı olan “Qalatasaray” isə heç-heçə ilə kifayətlənib.
Qeyd edək ki, ilk oyunlar yanvarın 16-da başa çatacaq, cavab matçları 21-23-də keçiriləcək.
Türkiyə kuboku
1/8 final, ilk oyunlar
15 yanvar
“Ərzurum” – “Beşiktaş” – 3:2
Ayaroğlu, 12, Karakullukçu, 66, Akdağ, 90 (pen.) – Nkoudou, 35 (pen.), Erkin, 88
“Alanyaspor” – “Kasımpaşa” – 3:1
Velinton, 13, Fernandes, 15, Sisse, 45 – Tiam, 42
“Rizəspor” – “Qalatasaray” – 1:1
Boldrin, 38 – Akbaba, 39