Peşəkar Futbol Liqasının nümayəndələri sonuncu dəfə “ASK Arena”ya baxış keçiriblər və  arenanın qış fasiləsindən sonra “Keşlə”nin oyunlarına ev sahibliyi etməsinə hazır olduğuna qərar verilib. 

Unikal.org xəbər verir ki, bu barədə PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkədə məlumat yayıb:
 
“Görülən əsaslı işlərdən sonra bu gün “ASK Arena”ya son baxış keçirdik. Stadionu “Keşlə” - “Qaradağ Lökbatan” oyunu zamanı yoxladıq. Qazonda, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadı. Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardı. “Keşlə” qış fasiləsindən sonra ev oyunlarını məhz “ASK Arena”da keçirəcək. Bu münasibətlə “Səbail”i də təbrik edirəm”.
 
Qeyd edək ki, 2019-cu ilin sentyabrından etibarən “ASK Arena”nın süni qazonunun yenilənməkdə idi. Bu səbəbdən “Keşlə” mövsümün əvvəlindən ev oyunlarını məhz “Səbail”in stadionu kimi tanınan “ASCO Arena”da keçirirdi.