Daxili İşlər Nazirliyi (DİN) turistlərin yol qəzasına düşməsində təqsirləndirilən sürücünün saxlanılması barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sərnişin avtobusu aşıb.
Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.
Avtobusun sürücüsü R.Ramazanov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən sərnişin avtobusu turist daşıyırmış.