Somalinin Kənd Təsərrüfatı Nazirliyi çəyirtkə hücumu ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Unikal.org “BBC”yə istinadən xəbər verir ki, hazırda Somali və Efiopiyada müşahidə olunan çəyirtkə “istilası” son 25 ilin ən böyük hücumu hesab edilir.
Həşəratların sayının son günlər yağan güclü yağışlardan sonra artdığı bildirilir.
Yerli hökumət problemin apreldə məhsul yığımınadək həll edə bilməyəcəklərindən ehtiyat edir.
Çəyirtkələrin artıq Keniya ərazisinə keçdiyi bildirilir.