Çox sayda aktrisaya təcavüz edən məşhur "Hollywood" kinorejissoru Harvey Weinsteinin məhkəməsində daha bir fakt açılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmədə kinorejissorun təcavüzünə məruz qalan Cessika Mann onunla cinsi əlaqəyə girdiyini, daha sonra isə Harvey Weinsteinin təbii ehtiyacını onun üzərinə ödədiyini bildirib.

Cessika Mann məşhur kinorejissorun ona 2013-cu ilin mart ayında Nyu-Yorkda, 8 ay sonra isə Los-Ancelesdə təcavüz etdiyi faktını ortaya çıxarıb. Aktrisa "Onunla cinsi əlaqəyə girdim, çünki kariyeramı bitirməsini istəmirdim." sözlərini deyib.