Çinin Vuhan şəhərindən 3 saatlıq məsafədə yerləşən Jingshan bölgəsində evlərin birinə zorla girən adam evdə tək olan qadına təcavüz etmək istəyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadın ona təcavüz etmək istəyən şəxsə "Vuhan şəhərindən yeni gəldim. Koronavirusa yoluxmuşam" yalanını uydurub və özünü təcavüzə məruz qalmaqdan xilas etməyi bacarıb. O, həmçinin evinə zorla girən şəxsi inandırmaq üçün ağzını bağlayaraq öskürüb.
Qadına təcavüz edə bilməyən adam evdən 440 dollar (750 manat) oğurlayaraq qaçıb. Daha sonra isə o, polis şöbəsinə gedərək əməlini etiraf edib.