Ədirnə şəhərində zibil qutusundan yeni doğulmuş körpə tapılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu görən sakinlər tez zamanda körpəni zibillikdən çıxardaraq onu donmaqdan xilas ediblər.
Hadisə yerinə cəlb olunan Polisin istintaqı zamanı körpəni dünyaya gətirən 14 yaşlı ananın evdə doğuş etdiyi məlum olub.
14 yaşlı ana və körpə xəstəxanaya yerləşdirilib.
İstintaq davam edir davam edir. 14 yaşlı qızı hamilə buraxan şəxs axtarışlarına başlanılıb.
Gülayə Mecid