Məktəb vaxtı skolyoz xəstəliyi səbəbindən korset taxan və hər kəs tərəfindən lağa qoyulan Amerikalı qız Klemente Yaslenin son halı hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, uşaq vaxtı xəstəliyinə görə dostları tərəfindən xaric edilən 22 yaşlı modelin hal-hazırda “Instagram”da 1 milyon 300 min izləyicisi var. Paylaşdığı fotolarla izləyicilərini heyran edən model “İsti günlərdə özümdən gedəcək də olsam korseti taxmağa məcbur idim. Yalnız iki rəfiqəm var idi” sözlərini deyib.
O, həmçinin modellik karyerasına “Instagram”da çimərlik geyimi markalarının birindən gələn təkliflə başladığını bildirib.