Son zamanlar estetik əməliyyat etdirdiyi iddia olunan türkiyəli məşhur model  Özge Ulusoy yayılan xəbərlərlə bağlı açıqlama verib.

Unikal.org məlumat verir ki, mətbuata açıqlamasında model heç bir  cərrahi əməliyyat keçirmədiyini bildirib:“Sosial şəbəkədə etdiyim prosedurları hər zaman paylaşıram. Botoks və dolğu etdirirəm. Ancaq cərrahi əməlliyat etdirməmişəm. Gələcəkdə lazım olarsa edərəm. Belə şeylərdən çəkinmirəm, baxımlı olmaq xoşuma gəlir” deyə qeyd edib.