Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə yerləşdirilən iki erməni əsgəri ölüb.

Unikal.org “News.am”a istinadən xəbər verir ki, hər iki fakt fevralın 12-də qeydə alınıb. 

Ölən əsgərlər 2000-ci il təvəllüdlü Tiqran Manevlyan və 2000-ci ildə anadan olmuş Tiqran Mxoyandır. Onlar ayrı-ayrı vaxtlarda naməlum şəraitdə aldıqları güllə yarasından ölüblər.

Faktla bağlı araşdırma aparılır.