Pakistan Prezidenti İmran Xan Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanın ünvanına səsləndirdiyi fikirlər dünya mətbuatının diqqətini çəkib.
Unikal.org xəbər verir ki, Ərdoğanın Pakistana səfəri çərçivəsində bu ölkənin dövlət və hökumət nümayəndələri ilə də görüşü keçirilib. Görüşdə İmran Xan bəyan edib ki, Ərdoğan Pakistanda prezident seçkilərində iştirak edərsə qalib gələr: "Ərdoğan Pakistan Parlamentində çıxış etdi. Bir fikiri gözə alaraq bəyan edirəm ki, Ərdoğan gələcəkdə Pakistanda seçkilərdə iştirak edərsə qələbə qazana bilər."
Ölkə başçısının bu çıxışı hər iki ölkənin dövlət və hökümət nümayəndələrinin alqışına səbəb olub.
Bundan sonra çıxışını davam etdirən İmran Xan bildirib ki, Pakistanın Parlamentində çıxışından sonra partiyasından seçilən deputatlar alqış üçün masalara vurublar. Amma həm hökumət yönümlü və həmdə müxalifət yönümlü deputatların eyni anda masaya vurduqlarını ilk dəfə gördüm. Hesab edirəm ki, Pakistan xalqı Ərdoğanı çox sevir. Pakistan xalqı Sizi Müsəlman dünyasında baş verən bütün hadisələr üçün səsini ucaldan lider olaraq görür.