Goranboy rayonunun Şahməmmədli kəndində ümumi sahəsi 300 m² olan quşçuluq sexinin tavanı 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a məlumat verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.