Lənkəran şəhərində usta faciəli şəkildə dünyasını dəyişib.
Unikal.org-un məlumatına görə, hadisə şəhərin Qala Xiyabani küçəsi 8 ünvanında, Vaqif İsmayılova məxsus evdə baş verib.
Şəhər sakini, 1958-ci il təvəllüdlü Nəhmət Məmmədov V.İsmayılova məxsus həyətdəki yarımtikilidə qaynaq işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır kəllə-beyin travması alan N.Məmmədov xəstəxanaya çatdırılsa da orada ölüb.
Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.