Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.
Sabirabad rayonunun Kovlar kənd sakini, 1998-ci il təvəllüdlü Burzuyev Əli Əlibəndə oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpünün dəmir-beton dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ə.Burzuyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.