Sumqayıtda sevgilisi ilə mübahisə edən balıqçı özünü güllələyib.
Unikal.org xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində dənizkənarında qeydə alınıb. 1975-ci il təvəllüdlü Qreçkin Vitaliy Sergeyeviç Rusiyada yaşayan sevgilisi ilə telefonda mübahisə edib. Sevdiyi xanımdan rədd cavabı alan kişi silahla özünü ağzından güllələyib. Nəticədə o aldığı xəsarətdən ölüb. Onun meyiti müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.