Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da 36 cinayətin üstü açılıb.
Onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Narkotiklərlə əlaqəli 7, quldurluq üzrə 2, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 53 nəfər saxlanılıb.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.