Bakıda 5 İran vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bunu Unikal.org-a açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altında olan İran vətəndaşlarının heç birində halın pisləşməsi müşahidə edilməyib.