Şahin və qızılquş kimi yırtıcı quşlar ərəb mədəniyyətində xüsusi yer tutur.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şahinləri yetişdirmək ərəb şeyxləri arasında olduqca məşhurdur. Hələ yumurtada olarkən alınan şahinlər milyonlarla dollarlıq bazarı təşkil edir, lakin bu yumurtaların tapılması heç də asan deyil.
Elə bu anda professional yumurta qaçaqmalçıları işə düşür. Bu sahənin ən məşhur adamı isə ingilis Ceffrey Lendrumdur. Ona bu işinə görə ona "Quşların Pablo Eskobarı" ləqəbi verilib. 35 ildir bu işlə məşğul olan 58 yaşlı adam dəfələrlə İngiltərə, Kanada və Braziliyada saxlanılıb.
O, sonuncu dəfə 2018-ci ildə hava limanında qarnına bağladığı 130 min dollar dəyərindəki 19 quş yumurtası ilə yaxalanıb və 3,5 il müddətinə azadlıqdan məhrum edilib.