“Terminator” filminin qəhrəmanı əfsanəvi Hollivud ulduzu Arnold Şvartsenegger ofisdəki işçiləri və izləyiciləri üçün maraqlı bir sürpriz edib.
Unikal.org məlumat verir ki, ofisə sevimli ev heyvanları olan eşşəkləri ilə gələn məşhur aktyor daha sonra onları əlləri ilə bəsləyib.
Belə ki, Lulu və Viski adlı eşşəklərini bəsləyən aktyor ofis işçilərinə və izləyicilərinə bu cür pozitiv anlar yaşadıb. Həmin anları qeydə alan işçilər tez bir zamanda sosial şəbəkələrdə paylaşaraq izləmə rekordu qırıblar.