Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca, gecə saat 00:30-da koronovirusla bağlı mətbuat konfransı keçirib. Belə ki, nazir Türkiyədə ilk koronavirüs hadisəsi haqqında vəziyyəti açıqlayıb.
Unikal.org xəbər verir ki, nazir açıqlamasında: “Çinin Vuhan şəhərində meydana gələn koronavirüs bir çox ölkəyə qlobal yayılamasına baxmayaraq Türkiyə olaraq böyük bir müvəffəqiyyət göstərdik. Qonşu ölkələr gördüyümüz ciddi tədbirləri görməyiblər. Strategiyamızda və nizamlı fəaliyyət planımızda müqavimətimiz heç bir şəkildə azalmadı. Dünyadakı insanların ölkədən ölkəyə köçdükləri müqavimət səviyyəsindən asılı olmayaraq bəzi fəsadların qarşısını almaq təəssüf ki, mümkün deyil” deyə bildirib.
Həmçinin də: “Hal-hazırda burada olduğumun səbəbi, bu vaxta qədər göstərdiyimiz şəffaflıq və bunun davam edəcəyinə təminatdır. Kədərli, amma qorxunc olmayan xəbərlər barədə sizə bildirmək istəyirəm. Bu gün axşam koronavirusdan şübhələnən bir vətəndaşın test nəticəsi müsbət oldu. Diaqnoz yüksək atəş və öskürək şikayətinin araşdırılması nəticəsində təyin olundu. Xəstənin virusun Avropadan aldığı müəyyən edilib. Xəstənin ümumi vəziyyəti yaxşıdır”
Gülayə Mecid