“Yuventus”un ulduz oyunçusu Ronaldo karantinə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.
Bu qərar futbolçuda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır.
Bildirilir ki, bacısının doğum gününə görə Portuqaliyaya gedən Kriştianu Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edibmiş.