Türkiyədə aprelin sonlarınadək bütün idman yarışları koronavirus səbəbindən azarkeşsiz keçiriləcək.
Unikal.org xəbər verir ki, bununla bağlı ölkə prezidenti Recep Tayyip Erdoğanın rəhbərliyi altında toplantıda qərar qəbul olunub. Qərar Türkiyə Super Liqası qarşılaşmalarına da şamil edilib.
Beləliklə, martın 13-dən bütün oyunlara tamaşaçı buraxılmayacaq. Martın 15-də "Qalatasaray" və "Beşiktaş" komandaları arasında Superliqanın XXVI tur matçı da azarkeşsiz keçiriləcək. Tamaşaçısız oyunlar XXXII turadək davam edəcək. Türkiyə Kubokunda isə yarımfinal qarşılaşmaları bağlı qapılar arxasında oynanılacaq.