Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də 33 cinayətin üstü açılıb.
Onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Narkotiklərlə əlaqəli 5, quldurluq üzrə 1, silah-sursat üzrə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb.
İtkin düşən kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.