Bakı şəhər sakinində silah-sursat aşkarlanıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini V.Hüseynov “Mauser” markalı tapançanı və 25 ədəd patronu könüllü olaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə təhvil verib.