Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü İbrahimzadə Elvin Elçin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.