Bakı şəhərinin Nəsimi rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, "Volkswagen" markalı minik avtomobilinin salon və arxa hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin ön hissəsi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.