Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın olub.  

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, şəhərdə hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan 1 ədəd havatəmizləyici qurğu yanıb. 

Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.