Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi hazırda bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə Unikal.org-a səfirlikdən məlumat verilib.

"ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Vaşinqton şəhəri və ya Los Anceles şəhərində yerləşən Azərbaycan Respublikasının müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.