Dünyada minlərlə insanın həyatına son qoyan koronavirus epidemiyasının İtaliyada yayılmasından sonra Portuqaliyaya gedən və özünü karantinə alan ulduz futbolçu Kristiano Ronaldonun ilk görüntüsü ortaya çıxıb.
Unikal.org məlumat verir ki, “Yuventus” futbol komandasının üzvü Kriştiano Ronaldonun koronavirusdan qorumaq üçün Portuqaliyadakı Ilha De Fuzeta adasını satın aldığı və ailəsi ilə birlikdə karantində olduğu iddia edilib.
Belə ki, karantində olan Ronaldonun nişanlısı Georgina Rodríguezin karantin bölgəsindəki paylaşımları gündəm yaradıb.