FİFA koronavirus pandemiyası ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı edəcək.

Unikal.org xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, ali futbol qurumu ÜST-ün hesabına 10 milyon ABŞ dolları köçürəcək.

Bundan əlavə, FIFA koronavirusun yayılması ilə bağlı vəziyyətin inkişafını izləməkdən ötrü İşçi Qrup yaradacaq. İşçi Qrup pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində ümumi yanaşma hazırlamağa çalışacaq. Müvafiq qərarı Canni İnfantinonun rəhbərlik etdiyi FIFA Şurasının bürosu qəbul edib.

Qeyd edək ki, dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 mini keçib.