İspaniyanın “Real” klubunun növbəti mövsüm üçün baş məşqçisi məsələsinə aydınlıq gəlib.
Unikal.org-un məlumatına görə, Madrid klubunun rəhbərliyi indiki çalışdırıcı Zinəddin Zidanla bağlı qərar verib.
Paytaxt təmsilçisi fransalı mütəxəssisi vəzifəsində saxlayacaq. İndidən növbəti mövsümün planlarını cızmağa başlayan “Real” rəhbərliyi nəticələrdən asılı olmayaraq baş məşqçisini dəyişməyəcək.