Dünyanın qabaqcıl texnologiyalarının tikintidə tətbiqi, düzgün qurulması, işə yüksək ixtisaslı kadrları cəlb edərək böyük tikinti müəssisəsinə çevrilmiş “KBT” MMC də Prezident İlham Əliyevin çağırışına qoşulub.
Unikal.org-un məlumatına görə, belə ki, “Körpü-Bina-Tikinti” MMC koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə ölkə başçısının 19 mart tarixli sərəncamı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat ayırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.