Rusiyada 76 bölgəsində koronavirusa (COVİD-19) yoluxanların sayı 3 548 nəfərə çatıb.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bildirilib ki, son sutka ərzində koronavirusa daha 771 yoluxma halı qeydə alınıb.
Son 24 saatda koronavirusdan 6 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 30-a çatıb. Bundan başqa, son sutkada ölkə ərazisində 45 nəfər koronavirus infeksiyasından sağalıb. Bildirilir ki, koronavirusdan sağalmaların ümumi sayı 235-ə çatıb.