Tunisin Baş naziri İlyas əl-Fəhfə yeni koronavirus növünün (Covid-19) bağlı keçirilən plenar iclasda qanunlar qəbul edib.
Unikal.org məlumat verir ki, Baş naziri İlyas əl-Fəhfə: “Virus bu həftə ən yüksək həddə çatacaq” deyərək, Tunisliləri, fəsadlar törədən xəstəliyin yayılmasının qarşısını almaq üçün alınan ümumi karantin tətbiqinə tabe olmağa çağırıb.
Parlament üzvlərindən “Covid-19” qanun layihəsinə səs vermələrini xahiş edən Fəhfə, bu qanun layihəsi ilə dərhal lazımlı qərarlar qəbul etməyi hədəflədiklərini söyləyib.
Qeyd edək ki, Tunisdə koronavirusdan həyatını itirənlərin sayı 18-ə, yoluxanların sayı isə 495-ə çatıb.