Ermənistanda koronavirusa yoluxanların sayı 853-ə çatıb.
Unikal.org xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
O deyib ki, 8 pasiyentin vəziyyəti çox ağır, 35-nin durumu ağırdır.
Son sutka ərzində Ermənistanda daha 20 nəfər virusa yoluxub. Bu günədək 8 nəfərin pandemiyadan ölüb.