"Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil sistemində tam tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir".
Unikal.org xəbər verir ki, bunu AzTV-nin "Hədəf" verilişində Təhsil naziri Ceyhun Bayramov deyib.
Dərslərin nə vaxt başlanması ilə bağlı məsələyə gəlincə, nazir bildirib: "Nazirlər Kabineti yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq, ölçüb-biçilmiş formada, sanitar-epdimioloji vəziyyətdən asılı olaraq, qərar qəbul edəcək. Tədris müddətinin dayandırılmasının uzadılmasına dair qərar qəbul olunarsa, bu həftə ərzində Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq".