ESPN telekanalı futbol tarixində pulsuz reallaşan ən yaxşı transferləri açıqlayıb.

Unikal.org xəbər verir ki, siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir. Polşalı hücumçu 2014-cü ildə Dortmund “Borussiya”sından Münhen klubuna azad agent kimi keçmişdi.

Siyahının ikinci pilləsində 2011-ci ildə “Milan”dan “Yuventus”a keçən Andrea Pirlodur. Üçüncü yerdə isə 2001-ci ildə “Tottenhem”dən “Arsenal”a keçmiş Sol Kempbelldir.
 
1.    Robert Levandovski – “Borussiya”dan “Bavariya”ya – 2014

2.    Andrea Pirlo – “Milan”dan “Yuventus”a – 2011

3.    Sol Kempbell – “Tottenhem”dən “Arsenal”a – 2001

4.    Luis Enrike – “Real”dan “Barselona”ya – 1996

5.    Roberto Bacco – “İnter”dən “Breşiya”ya – 2000

6.    Stiv Makmanaman – “Liverpul”dan “Real”a – 1999

7.    Rud Qullit – “Sampdoriya”dan “Çelsi”yə – 1995

8.    Henrik Larsson – “Seltik”dən “Barselona”ya – 2004

9.    Ceyms Milner – “Mançester Siti”dən “Liverpul”a – 2015

10.    Esteban Kambiasso – “Real”dan “İnter”ə – 2004