Türkiyədə son sutka ərzində daha 117 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə ölkədə koronavirusdan ölənlərin sayı 2 376-ya çatıb.

Son 24 saat ərzində isə daha 3 083 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Bununla da Türkiyədə pandemiyaya yoluxanların sayı 98 674-ə çatıb.

Eyni zamanda 1 559 xəstə müalicə olunaraq sağalıb və evə buraxılıb.