ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı yeni açıqlama verib.

Unikal.org xəbər verir ki, ölkə başçısının sözlərinə görə, karantin qaydalarının yumşaldıldığı bəzi ştatlarda milli parkların və ictimai yerlərin yenidən açılacağını bildirib. 

Koronavirusu "görünməz düşmən" adlandıran Tramp karantin qaydalarının yüngülləşdirilməsi prosesinin pandemiyanın geniş yayılmadığı ştatlarda 3 mərhələli olaraq həyata keçiriləcəyini açıqlayıb.

Ad çəkmədən koronavirusa görə Çini günahkar hesab edən ABŞ Prezidenti "Bu virus ilk çıxdığı yerdə nəzarət altına alına bilərdi. Pandemiyanın harada meydana gəldiyini də bilirsiniz" sözlərini əlavə edib.