Fransada son sutka ərzində daha 544 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 21 340-a çatıb. Virusdan ölənlərin 80%-nin yaşı 75-dən yuxarı olan insanlar olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, qocalar evlərində, digər tibb və sosial müəssisələrdə 8 104 nəfər koronavirus səbəbindən ölüb.