Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanomu istefa verməyə çağırmışdı.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tedros Adhanom buna ÜST-nın Cenevrə şəhərindəki mərkəzində təşkil etdiyi videokonfransda cavab verib.
O, istefa vermək fikrində olmadığını bildirib: "Gecə-gündüz insanların həyatını xilas etmək üçün çalışmağa davam edəcəm"
Adhanom təşkilata maliyyə dəstəyini dayandıran ABŞ-a bu qərarını yenidən gözdən keçirməyi tövsiyyə edib.