Koronavirusdan qorunmaq üçün müxtəlif üsullardan istifadə edir.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dəfə Zonquldak şəhərində Oğuz Durukan adlı market sahibinin koronavirusla mübarizə üsulu böyük marağa səbəb olub.

Belə ki, 45 yaşlı sahibkar kassaya qoyduğu hər bir qəpik və kağız pulu xüsusi kimyəvi maddələrlə yuyur. O, bunu müştərilərinin sağlamlığı üçün etdiyini bildirib.