Kanadada COVID-19-a yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 40 190 nəfərdə koronavirus təsdiq edilib, onlardan 2 023-ü dünyasını dəyişib.
Bundan başqa, müalicə alan 13,9 min nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.