Dünyanı təsir edən yeni növ koronavirus səbəbiylə həyat itkisi gündən-günə artır. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Covid-19 səbəbiylə ölənlərin sayı 165 nəfər artaraq 2 min 906, virusa yoluxanların sayı isə 2 min 678 artaraq 45 min 757-ə çatıb.

Əhalisi 210 milyona çatan Braziliya Latın Amerikasında Kovid-19 epidemiyasından ən çox təsirlənən ölkədir. 

Qeyd edək ki, bölgədə ilk Covid-19 hadisəsi və virusla əlaqəli ölüm də Braziliyada meydana gəlib.